Serbiya Türkiyədən "Bayraktar" pilotsuz uçuş aparatları (PUA) almaq niyyətindədir.
Bizim.Media xəbər verir ki, bunu Serbiyanın prezidenti Aleksandar Vuçiç "Alovlu qalxan" təlimlərinin yekunları üzrə çıxışında deyib.
"Biz helikopter aviasiyamızı gücləndirəcəyik, həmçinin pilotsuz uçuş aparatlarının sayını artıracağıq. Mən iki gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla söhbətdə "Bayraktar" PUA-ları istədim və qərara gəldik ki, növbəsiz şəkildə bu PUA-ları almaq imkanı əldə edəcəyik", - deyə A.Vuçiç bildirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:25 / 10.04.2022
Bu ölkə də Türkiyədən "Bayraktar" PUA-ları alacaq
Hazırda oxunan: Bu ölkə də Türkiyədən "Bayraktar" PUA-ları alacaq
Hazırda oxunan: Bu ölkə də Türkiyədən "Bayraktar" PUA-ları alacaq
68878
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.