Azərbaycan niyə özünü ət məhsulları ilə tam təmin edə bilmir? - SƏBƏB

Hazırda oxunan: Azərbaycan niyə özünü ət məhsulları ilə tam təmin edə bilmir? - SƏBƏB

68813

Aqrar sənaye ölkəsi olan Azərbaycan bu gün toyuq və ət məhsullarının istehsalı sahəsində çatışmazlıq yaşayır. Ona görə də ölkə hər il istehlak səviyyəsinin 50%-dən çoxunu idxal edir.

Bəs, heyvandarlığın inkişafı üçün kifayət qədər əlverişli imkana malik Azərbaycanda ət məhsullarının istehsalında mane olan səbəb nədir? 

Bizim.Media bu barədə iqtisadçı ekspert Akif Nəsirlinin fikirlərini öyrənib:
 

MÖVZU İLƏ BAĞLI:

Qida məhsulları ilə bağlı yeni qanun nəyi dəyişəcək? - VİDEO


“Hal-hazırda Azərbaycana süd və ağart məhsullarının yarıdan çoxu, ət və ət məhsullarının yarısı xaricdən gətirilir. Toyuq əti isə digər kənd təsərrüfatı məhsullarına nəzərən xaricdən daha az idxal edilən heyvandarlıq məhsuludur. Yəni burada Azərbaycanın yerli istehsalı təxminən 60-70%-ə qədər tələbatı ödəyə bilir. 30%-dən bir qədər çoxu isə xaricdən idxal olunur”.

Akif Nəsirli bildirib ki, bu defisiti aradan qaldırmaq üçün ucuz və çoxillik kreditlər fermerlər üçün əlçatan olmalıdır. Bundan başqa, fermerlər cins ətlik və südlük heyvanlarla təmin olunmalıdır.

Ekspert yem bazasının əhəmiyyətini vurğulayıb:

“Vacib olan yem bazasıdır, yeni, ucuz olan baza yaradılmalıdır. Məsələn, Azərbaycanın daxilində istehsal edilən toyuq əti məhsullarını əldə etmək üçün yemin böyük əksəriyyətini bizə xaricdən idxal edirik. Son illərdə heyvandarlıq üçün əkilən dənli bitkilərin sahələri, tarlaları genişləndirilib. Daha çox quş yemləri istehsal edilir”.
İqtisadçı qeyd edir ki, ölkə daxilində təxminən 3 milyon tona yaxın müxtəlif dənli bitkilər – arpa, buğda, qarğıdalı və sairə istehsal edilib ki, onun, demək olar ki, 70-80%-i heyvandarlıq təyinatlıdır:   

“Hər halda bu hələ də yetərli deyil. Biz xaricdən yenə heyvan yemləri idxal edirik. Kənd təsərrüfatı sahəsində, ümumiyyətlə, hesab edirəm, pambıqçılığı çox əmək verməməklə, heyvandarlıq və bitkiçiliyi inkişaf etdirmək lazımdır. Məsələn, ət, quş, yem, ərzaq buğdası istehsalı daha çox diqqət mərkəzində olmalıdır”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin