Gəncə axundunun qardaşının evinə basqın zamanı yaralandı - Xəstəxanaya yerləşdirildi

Hazırda oxunan: Gəncə axundunun qardaşının evinə basqın zamanı yaralandı - Xəstəxanaya yerləşdirildi

68756

Gəncədə evə silahlı basqın edən şəxs ev sahibinə xəsarət yetirib.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

Mənzilə girən naməlum şəxs və ya şəxslər ev sahibi Rəşid Abbasovun baş nahiyəsinə kəsici alətlə xəsarətlər yetiriblər. Daha sonra yaranan səs-küy nəticəsində basqın edənlər evdən qaçaraq uzaqlaşıblar.
Xəsarət alan ev sahibi xəstəxanaya yerləşdirilib.  

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırmalara başlanılıb.  

Əldə etdiyimiz məlumata görə, evinə basqın olunan şəxs Gəncədə “İmamzadə” kompleksinin axundu Hacı Tahirin qardaşıdır.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin