Dekabrın 14-də Ermənistanın əsir və girovluğundan azad edilmiş həmvətənlərimizin qalan hissəsi bu gün saat 14:00-da evə buraxılacaqlar.
Bu barədə Bayram Kərimovun ailə üzvləri məlumat verib.
6 illik girovluqdan sonra azad edilən Şahbaz Quliyevin qardaşı İlham Quliyev də hazırda Bakıda olduğunu, qardaşını qarşılamağa gəldiyini deyib:
“Bizə də dedilər ki, bu gün buraxılırlar, gözləyirik. Şükür bu günlərə. Sağ olsun, Ali Baş Komandan, yaşasın Azərbaycan Ordusu”.
Qeyd edək ki, keçmiş əsir və girovlardan 5 nəfər artıq ailələrinə qovuşub.
Xatırladaq ki, dekabrın 14-də Emin Baxşəliyev, Amin Musayev, Yəhya Abdinov, Şərif Əliyev, Ömər Ələkbərov, Nurəddin Yolçuyev, Bayram Kərimov, Şahbaz Quliyev, Dilqəm Əsgərov, Mobil Əhmədzadə, Nurlan Əlizadə, Anar Əliyev erməni əsir və girovluğundan azad edilərək Azərbaycana gətirilib.
Onlar xəstəxanada müayinə və müalicə olunurdular. (modern.az)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:45 / 30.12.2020
Onlar xəstəxanadan evə buraxılacaqlar
Hazırda oxunan: Onlar xəstəxanadan evə buraxılacaqlar
Hazırda oxunan: Onlar xəstəxanadan evə buraxılacaqlar
6875
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.