İftar süfrəsi üçün dadlı ŞORBA hazırlamaq üsulu

Hazırda oxunan: İftar süfrəsi üçün dadlı ŞORBA hazırlamaq üsulu

68716

Bu gün Ramazan ayının yeddinci günüdür. 

Bizim.Media iftar süfrəsi üçün dadlı şorba menyusu təqdim edir:

Düyülü şorba

Tərkibi:

1 fincan düyü

2 ədəd limon suyu

1 stəkan un

2 çömçə qatıq

4 ədəd kartof

1 yemək qaşığı nanə

3 çay qaşığı duz

1 ədəd yumurta

2 yemək qaşığı marqarin

8 su stəkanı sümük suyu və ya su

Hazırlanması:

Sümük suyunu və ya suyu qaynadın. Yuyulmuş düyünü əlavə edib, bişirin. Un, limon suyu, qatıq və yumurtanın sarısını az miqdarda su əlavə edərək çırpın.

Qaynamaqda olan suya yavaş-yavaş əlavə edərək, davamlı qarışdırın. Özünə gələnə kimi bişirin. Əridilmiş 2 yemək qaşığı marqarini nanə ilə qızardıb, şorbanın üzərinə səpin. Kiçik kublar halında doğranmış kartofları duru yağda qızardıb, süzün və şorbaya əlavə edin. Duz əlavə edib, ocaqdan alın.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin