Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaş “Sabirabad Rəqəmsal İnkişaf” layihəsinin təqdimat mərasimində iştirak edib.
Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihənin məqsədi sabirabadlı gənclərdə rəqəmsal bacarıqların formalaşdırılması və artırılmasına töhfə verməkdir.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda rəqəmsal ödəniş strategiyasının hədəfləri açıqlandı - Bu il üçün
Bildirilib ki, proqram çərçivəsində pilot olaraq 10 gənc seçiləcək və onlara proqramlaşdırma, dizayn və digər sahələrdə bilik və bacarıqlara yiyələnmək üçün şərait yaradılacaq.
Təlimlər Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının inzibati binasında keçiriləcək.
Qeyd edək ki, iştirak üçün bu link vasitəsilə qeydiyyatdan keçmək mümkündür.
Bizim.Media