BÜRCLƏR necə öpülmək istəyirlər? – Sevgi, ehtiras, yoxsa...

Hazırda oxunan: BÜRCLƏR necə öpülmək istəyirlər? – Sevgi, ehtiras, yoxsa...

68710

İnsanların həzz yaşadan duyğular bir-birindən fərqlənir. Bu öpüşərkən özünü daha qabarıq göstərir. Bəziləri ehtirasa daha çox önəm versələr də, bəzi bürclər üçün sevgisiz öpüş qəbuledilməzdir.

Bizim.Media xəbər verir ki, bürclər qeyd olunan formada öpülməkdən həzz aldırlar:

Qoç

Ən macəraçı və çılğın bürclərdən biri olan qoçlar öpüşmə məsələsində sadə və darıxdırıcı deyillər. Bu səbəbdən şəhvətli öpüşlərdən həzz alan qoçlar öpüşərkən ehtiras hiss etmək istəyirlər.

Buğa

Həzz almağa proqramlanmış buğalar üçün öpüşərəkən ehtiras ilk planda olur. Öpüş zamanı bütün hisslərinə xitab edilməsini istəyən bu bürcün nümayəndələri ala biləcəkləri həzzin maksimumunu yaşamağa çalışırlar.

Əkizlər

Əkizlər üçün öpülərkən yaşadıqları hisslərin o qədər də böyük önəmi yoxdur. Onlar ilk növbədə əmək sərf edənin qarşı tərəf olmasını istəyirlər. Bu bürcün nümayənələri partnyorunun yavaş-yavaş irəliləməsindən həzz alırlar.

Xərçəng

Romantik xərçənglər üçün bağlılıq və romantika ön planda olduğu üçün öpüşərkən də bu məsələyə xüsusi diqqət yetirirlər. Qarşı tərəfə qarşı dərin hissləri yoxdursa, öpüşmək onlar üçün ağılasığmazdır.

Şir

Ehtiras dedikdə ilk ağılagələn bürc olan şirlər partnyorlarının dodaqlarına alovlu öpüşlər yağdırırlar. Onlar üçün qarşı tərəfdən daha yaxşı öpüşmək və bunu hiss etdirmək xüsusilə vacibdir. Sevgi-ehtiras arasında ikincisi şirlər üçün daha ön plandadır.

Qız

Əkizlərdə olduğu kimi, öpüşərkən qarşı tərəfin əmək sərf etdiyini hiss etməkdən həzz alan qızlar duyğuların üzə çıxdığı və güvən yaradan öpüşü sevirlər.

Tərəzi

Gündəlik həyatlarında olduğu kimi öpüşərkən də qarşı tərəfin nəzakətli davranmasını istəyən tərəzilər başdansovdu, istəksiz öpüşlərdən yox, əksinə son dərəcə istəklilərindən həzz alırlar.

Əqrəb

Öpüşməklə arası o qədərdə yaxşı olmayan əqrəblər yalnız şəhvət duyduqları şəxslərin ehtiraslı öpüşlərindən həzz almağı bacarırlar.

Oxatan

Sadəliyin darıxdırıcı olduğunu düşünən düşünən oxatanlar üçün ilk növbədə şəhvət və əyləncə öpüşmədə əsas nüansdır. Öpüşməyi qarşısındakı insanı kəşf etmək üçün vasitə kimi görən oxatanlar qarşı tərəfin də eyni marağı sərgiləməsini istəyirlər.

Oğlaq

Oğlaqlar öpüşməyi heç də adi hadisə kimi qəbul etmirlər. Romantika onlar üçün ilk plandadır. Ona görə də romatik filmlərdə gördükləri öpüşləri öz münasibətlərində də yaşamağı sevirlər.

Dolça

Dolçalar üçün öpüşmə zamanı duyğular əksər hallarda arxa planda qalır. Onlar ilk növbədə ehtirasa önəm verirlər. Qarşı tərəfin də eyni ehtirası hiss etməsi dolçalar üçün vacibdir.

Balıq

Bu bürcün nümayəndələri yalnız sevdikləri insanların öpüşlərindən həzz alırlar. Romantik şam yeməyindəki sevgi dolu öpüş balıqlar üçün əvəzolunmazdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin