Lotereyada kulli miqdarda pul mükafatı qazanan qohumlar arasında əlbəyaxa dava olub.
Bizim.Media-nın Qarabağ bürosu üzrə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Ağcabədi Rayon mərkəzi poçtunun qarşısında baş verib.
Belə ki, Salmanbəyli kənd sakini olan iki əmioğlu şərikli aldıqları "Poz qazan" loteriyasından 200.000 AZN pul mükafatı qazandıqları və həmin məbləğin bölgüsünə görə aralarında dava düşdüyü deyilir. Hər iki şəxsin polis şöbəsinə dəvət edilməsi gələn məlumatlar arasındadır.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Ağcabədi rayonunda lotereya oyunlarında uduş qazanan qohumların polis əməkdaşları tərəfindən saxlanılması haqda yayılan məlumat həqiqətə uyğun deyil.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan ani lotereyaları tarixində ən böyük uduş - 200.000 manat qazanıldı
Belə ki, qohumlar arasında məbləğin bölünməsi ilə bağlı yaranmış anlaşmazlığa görə DİN-in 102 Zəng Xidmətinə müraciət edilib.
Həmin şəxslər Ağcabədi RPŞ-yə dəvət olunub, onlarla profilaktiki səpkidə söhbətlər aparılıb, problemli məsələnin həll olunması üçün aidiyyəti üzrə yönləndirilib.
Elgün Gəncimsoy, Bizim.Media