Məşhur türk aktrisadan təəccübləndirən etiraf: "Məktəbə qədər..." - VİDEO   

Hazırda oxunan: Məşhur türk aktrisadan təəccübləndirən etiraf: "Məktəbə qədər..." - VİDEO   

68616

Məşhur türk aktrisa Pınar Deniz səmimi açıqlamalar verib.    

Bizim.Media xəbər verir ki, “L'Officiel Türkiye” jurnalının “YouTube” kanalında qonaq olan Pınar Dəniz haqqında bilinməyənləri danışıb.   

Ərəb əsilli ailədən olan 28 yaşlı aktrisa uşaqlıq illərindən bəhs edib:  

“İbtidai sinifə qədər türkcə bilmirdim, ərəbcə danışırdım. Anama “mama” deyirdim. Dostlarımın arasında utanmamaq üçün anamı küçədən çağırmaq əvəzinə, 5-ci mərtəbədəki evimizə çıxırdım”.   



O, “Türkan Şoray prinsipləriniz varmı?” sualını da cavablandırıb.   

“Mən bu sənətə ilk başlayanda “öpüşmə səhnələrinə çəkilmirəm” demişdim. Amma insan oxuduqca, dünyagörüşü artdıqca özünə belə bir hədd qoymur”, – deyə Deniz qeyd edib.   

Eşq həyatından da danışan Pınar Deniz pis bitən münasibətinin olmadığını söyləyib:   

"Bütün münasibətlərimi saf yerdən qururam. İnanıram ki, bu hissləri yaşamaq üçün həyata gəlmişik. Sevgi başlayanda gözəl olmalıdır, amma bitəndə yaxşı bitməlidir. Söhbət bu münasibəti necə yaşadığından gedir. Mənim üçün pis bitən münasibətim yoxdur, amma təbii ki, üzülürsən. Lakin yaş artdıqca münasibətlər daha ağrısız bitir”.  

Qeyd edək ki, Pınar Deniz qısa müddət əvvəl sevgili olduğu aktyor Yiğit Kirazcıdan ayrılıb. 

Bizim.Media
 




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin