Qubanın Rustov inzibati ərazi dairəsinə daxil olan Püstəqasım kəndində rayon rəhbərliyinin səyyar qəbulu keçirilib.
Bizim.Media xəbər verir ki, rayonun icra başçısı Ziyəddin Əliyev sakinlərin problemlərini dinləyib.
Bildirilib ki, Rustov inzibati ərazi dairəsinin 16 kəndindən 8-i qazlaşdırılıb, 8 kəndə isə təbii qaz verilməsi hələ reallaşmayıb.
Kəndlərdəki elektrik xətlərinin və dirəklərinin yenilənməsinə ehtiyac var. Sakinlər içməli su sarıdan çətinlik çəkdiklərini də rayon rəhbərinin diqqətinə çatdırıblar.
Səyyar qəbulda sakinlərin həyətyanı torpaq sahəsi ala bilməmələri ilə bağlı məsələlər də səslənib.
Ziyəddin Əliyev səslənən problemlərin həlli məqsədi ilə aidiyyatı qurum rəhbərlərinə tapşırıqlar verib.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:37 / 07.04.2022
Qubanın bu kəndində səyyar qəbul keçirildi - FOTO
Hazırda oxunan: Qubanın bu kəndində səyyar qəbul keçirildi - FOTO
Hazırda oxunan: Qubanın bu kəndində səyyar qəbul keçirildi - FOTO
68561
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.