Baş Prokurorluq Şabrandakı hadisə ilə bağlı ARAŞDIRMAYA BAŞLADI

Hazırda oxunan: Baş Prokurorluq Şabrandakı hadisə ilə bağlı ARAŞDIRMAYA BAŞLADI

68549

Baş Prokurorluq Şabran rayon sakininin aldadılaraq adına VÖEN açılması faktına münasibət bildirib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Bizim.Media-ya bilidirib ki, Şabran rayon sakini Elvin Rəsulovun tanışı tərəfindən aldadılaraq vergi ödəyicisi kimi qeydə aldırılması, adından müəyyən idxal əməliyyatlarının həyata keçirilməsi və nəticədə külli miqdarda vergi borclarının yaranması ilə bağlı Baş Prokurorluq və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aidiyyatı strukturları ilə birgə araşdırma aparılır.

Xatırladaq ki, Şabran şəhər Cəlil Məmmədquluzadə küçəsi, ev 4 ünvanında yaşayan Elvin Rəsulov vaxtilə bir yerdə xidmət etdiyi əsgər yoldaşı Allahverən Musayev tərəfindən aldadıldığını iddia edib.
O bildirib ki, kredit almaq üçün Allahverən Musayevdən kömək istəyib. O da fürsətdən istifadə edib, Elvindən etibarnamə alaraq onun adına VÖEN açdırıb.

Sonradan məlum olub ki, təxminən iki il əvvəl Allahverən Musayev, Elvini aldadandan sonra onun adına xaricdən mal gətirib. Bundan sonra Elvinin adına vergi borcları yığılıb. Elvinə 100 min manatdan çox vergi borcu olduğu bildiriləndən sonra o, tanışı Allahverənlə heç cür əlaqə qura bilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin