“Rusiya mayın 4-dək borclarını dollarla ödəməzsə, onu texniki defolt gözləyir”.
Bu barədə Rusiya Maliyyə Nazirliyinin Mətbuat Xidməti artıq məlumat yayıb.
Bu məlumat nazirliyin 650 milyon dollarlıq sifarişi kontragent banklar tərəfindən icra edilmədikdən sonra verilib.
Xarici banklar Rusiya valyuta istiqrazları üzrə kuponların ödənilməsindən imtina edib. Bu, o qədər də böyük məbləğ olmasa da ilk siqnal kimi təhlükəli hesab olunur.
ABŞ Mərkəzi Bankı öz ehtiyatlarından vəsaitlərin istifadəsinə tam qadağa qoyub və beləliklə, Rusiya öz öhdəliklərini xarici valyutada ödəyə bilməyib.
Rusiya Maliyyə Nazirliyi kupon gəlirlərinin ödənilməsi və avrobondların geri alınması üçün rublla vəsait köçürüb, lakin xarici kreditorlar rublu xarici borcun ödənilməsi üçün valyuta olaraq tanımırlar.
Hazırda Rusiyanın birinci xəbərdarlıqdan sonra xarici valyutada ödəniş etmək üçün 30 gün vaxtı var. 30 günlük müddətdən sonra ödəniş edilmədikdə, defolt baş verəcək və bu zaman istiqraz sahibləri kredit orqanlarının və yığılmış kupon gəlirlərinin onlara qaytarılmasını tələb edə bilərlər.
Bəs o zaman Rusiya xarici valyutada ödənişləri necə icra edəcək?
Rusiya Mərkəzi Bankı birjaya girib dollar ala bilər, lakin bu dollarlar da Mərkəzi Bankın hesablarına daxil olan kimi dondurulacaq.
Hökumət nağd pul toplamaq yoluna baş vurub ödənişi fiziki olaraq həyata keçirməyə cəhd edə bilər, ancaq bu, çox mürəkkəb məsələdir, bəlkə də heç mümkün deyil.
Proses Rusiyaya necə təsir edəcək?
Ümumiyyətlə, vəziyyəti proqnozlaşdırmaq çətindir. Çünki Rusiyanın hesabında pulu var, amma ödəməyə icazəsi yoxdur. Yəni, ABŞ işin üstünə oturub.
Bu istiqrazların əsas sahibləri qeyri-rezidentlərdir, ona görə də itkiləri onlar daşıyırlar.
Təbii ki, texniki defolt ona gətirib çıxaracaq ki, xarici valyuta istiqrazlarına tələbat azalacaq və ölkə büdcə kəsirini ödəmək üçün investisiya və xarici valyuta cəlb etmək üçün bu yolu itirəcək.
Ancaq xatırlayırıq ki, Rusiyanın əhəmiyyətli korporativ borcu var, o cümlədən xarici valyutada.
Xarici valyuta istiqrazları üzrə real defolt halında, nəticələr korporativ borclara miqrasiya edəcək və burada problemlər başlaya bilər. Ondan sonra isə defolt qaçılmaz olacaq, əsil iqtisadi çöküş də bundan sonra baş verəcək.
Amma hələ mayın 4-ə qədər hələ 26 gün var, prosesin hara gedəcəyi də heç kimə bəlli deyil. Sadəcə xatıərladaq ki, bütün bu olanlar Rusiyanın başına Ukraynaya hücumundan sonra gəlib...
Bizim.Media
- A-
- A
- A+
Region
09:00 / 08.04.2022
İlk texniki defolt SİQNALI - Proseslər Rusiyanı hara aparır?
Hazırda oxunan: İlk texniki defolt SİQNALI - Proseslər Rusiyanı hara aparır?
Hazırda oxunan: İlk texniki defolt SİQNALI - Proseslər Rusiyanı hara aparır?
68533
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.