Arye Qut: “Azərbaycanlılar yəhudiləri heç vaxt əcnəbi hesab etməyiblər”

Hazırda oxunan: Arye Qut: “Azərbaycanlılar yəhudiləri heç vaxt əcnəbi hesab etməyiblər”

68526

“Azərbaycan öz ərazisinin 20 faizini erməni işğalından azad edib. İşğal dövründə bu ərazidə bircə ev, bircə uşaq bağçası və ya məktəb, bircə kitabxana və muzey belə salamat qalmayıb. Erməni işğalçıları Azərbaycanın bu cənnət guşəsini dağıdıb, onu yerlə-yeksan ediblər”.

Bizim.Media xəbər verir ki, bu fikirləri ötən həftə Təl-Əvivdə Azərbaycanın turizm üzrə ofisinin rəsmi açılış mərasimində çıxış edən "Cəmiyyət üçün beynəlxalq layihələr" təşkilatının başçısı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, siyasi analitik, “The Jerusalem Post” qəzetinin siyasi şərhçisi Arye Qut səsləndirib.

Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi özünün rəsmi Tvitter səhifəsində yaxın vaxtlarda İsraildə baş verən terror aktlarını pisləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devis Harrisin Azərbaycanla bağlı PAYLAŞIMI – Arye Qutdan ŞƏRH 


Siyasi şərhçi İsrail dövlətinin 30 il ərzində Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini xatırladıb:

“İsrail Azərbaycanın suverenliyini tanımış ilk ölkələrdən biri olub. Avrasiyada heç bir başqa ölkə İsrail ilə Azərbaycandan daha sıx dostluq əlaqələrinə malik deyil. İsrail-Azərbaycan tərəfdaşlığı kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə, silahlı qüvvələr və texnologiyalar sahəsində fəal əməkdaşlıq edilməsini nəzərdə tutur. İsrail dövləti Azərbaycanda neftin əsas alıcılarından biridir”.

Arye Qut vurğulayıb ki, azərbaycanlılar yəhudiləri heç vaxt əcnəbi hesab etməyiblər:

“Yəhudi xalqı Azərbaycanda heç vaxt sıxıntı, təhqir, talan və digər antisemitizm təzahürləri ilə üzləşməyib. Azərbaycanda olmuş hər bir israilli təsdiq edə bilər ki, Azərbaycanda sinaqoqların qapıları gecələr açıq qalır, heç bir təhlükəsizlik kordonuna ehtiyac yoxdur. Halbuki Parisdə və ya Londonda belə kordonları görmək olar. Azərbaycanda istər ortodoksal yəhudilər, istərsə də sadə israillilər çəkinmədən ənənəvi libas geyinə bilərlər. Qərb ölkələrində isə, bu, demək olar ki, qeyri-mümkündür”.

Xatırladaq ki, açılış mərasimində İsrailin Turizm Nazirliyi ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi arasında saziş imzalanıb.

Həmin sazişə görə, tərəflər turizm sahəsində əməkdaşlıq edəcək, iki ölkənin turizm hakimiyyət orqanları, turizm assosiasiyaları, müvafiq təşkilatlar və şirkətlər arasında tarix, rəqəmsal inkişaf və ekologiya sahələrində əməkdaşlıq münasibətləri möhkəmlənəcək. İki ölkə arasında macəra turizmi, habelə mədəni və tarixi irs obyektlərinə səfərlər təşviq ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin