Qiymət artımının qarşısını almaq üçün YENİ QƏRAR - VİDEO

Hazırda oxunan: Qiymət artımının qarşısını almaq üçün YENİ QƏRAR - VİDEO

68336

Azərbaycanda sahibkarlar üçün yeni güzəştlər nəzərdə tutulub.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, antiinfilyasiya tədbirləri çərçivəsində sahibkarlığa yeni dəstək mexanizmi hazırlanır.

Sahibkarlığın İnkişafı Fondunun müvəkkil kredit təşkilatları və sahibkarlarla iş şöbəsinin müdiri İsmayıl Hüseynov bildirib ki, güzəştlər minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlar üçün nəzərdə tutulub.

İsmayıl Hüseynov qeyd edib ki, yeni qərar bazarda qiymət artımının qarşısını almaq məqsədi ilə verilib.

Qeyd edək ki, nəzərdə tutulan şərtlər çərçivəsində 150 milyon manat kredit portfeli üzrə maksimum 15 milyon manat faiz subsidiyasının ödənişi həyata keçiriləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin