“Kinder Surprise”lərdən uşaqların virusa yoluxma səbəbi bəlli oldu - XƏBƏRDARLIQ

Hazırda oxunan: “Kinder Surprise”lərdən uşaqların virusa yoluxma səbəbi bəlli oldu - XƏBƏRDARLIQ

68329

Uşaqları sevincinə səbəb olmaq, bəzən də susdurmaq üçün valideynlər müxtəlif vasitələrə əl atırlar. Əksəriyyət oyuncaq həmçinin loru dildə desək, “abur-cubur”lara üz tutur. Maraqlı qablaşdırmalarda olan bu şirnilər, peçenyelər, şokoladlar uşaqların ən sevimliləridir desək yanılmarıq. Lakin bir neçə gün öncə Böyük Britaniyada 60-dan çox uşağın “Kinder Surprise” adlı yumurtadan virusa yoluxduğu bildirilib. Yerli bazarlarda olan “kinder”lərin də təhlükəsizlik məsələsi sual altındadır.

Qida üzrə baş mütəxəssis Ağa Salamov aşkarlanan virusun nə dərəcədə təhlükəli olması haqqında Bizim.Media-ya danışıb:

“Biz hər zaman dəfələrlə demişik ki, “Kinder Surpriz” lərin içində olan plastik maddə hansı ki, içində oyuncaq qoyulur onlar birbaşa qidaya toksiki maddələr ötürür.
 

Bu zəhərli maddələr də uşaqlarda baş ağrısı, immun sisteminin zəifləməsi, alzaymer xəstəliklərinin yaranmasına səbəb olur. Salmonella bakteriyası ümumiyyətlə hin heyvanlarında xüsusilə toyuqlarda və yumurtalarında ən çox rast gəlinən bakteriyadır.


Çox güman ki, qablaşdırılmada sanitariya qaydalarına riayət edilmədikdə, çarpaz çirklənmə və saxlanma şəraiti düzgün olmadıqda məhsulda sözügedən bakteriya aşkarlana bilər. Ümumiyyətlə valideynlər uşaqlara bu tip zərərli qidaların verilməsindən çəkinməlidirlər”, - deyə qeyd edən ekspert bu məhsulların uşaqlarda qalıcı xəstəlik və viruslara səbəb olduğunu bildirib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin