Türkiyədə sutkada 253 nəfər koronavirus qurbanı oldu

Hazırda oxunan: Türkiyədə sutkada 253 nəfər koronavirus qurbanı oldu

6818

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 253 nəfər ölüb.

Bizim.Media bildirir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlama verib.

Bildirirb ki, son 24 saatda simptomları da müəyyən edilməyənlərlə birlikdə 15 805 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Bu gün sağalan xəstə sayı 21 004, ağır xəstə sayı isə 4191 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 178 580 nəfər COVID-19 xəstəsi qeydə alınıb, onlardan 2 058 437 nəfər sağalıb, 20 388 nəfər isə ölüb.

Nazir bildirib ki, COVID-19-la mübarizə tədbirləri müsbət nəticələrini göstərir,  peyvəndləmələrdən uğurlu nəticə alana qədər də bu mübarizə davam etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin