Azərbaycan və İsrail arasında hava əlaqələri genişləndiriləcək

Hazırda oxunan: Azərbaycan və İsrail arasında hava əlaqələri genişləndiriləcək

68179

Bu gün AZAL prezidenti Cahangir Əsgərovun və İsrailin turizm naziri Yoel Razvozovun görüşü keçirilib. 

Bizim.Media xəbər verir ki, tərəflər ölkələr arasında, o cümlədən mülki aviasiya və turizm sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd ediblər.

AZAL prezidenti və İsrailin turizm naziri yüksək tələbatla əlaqədar iki ölkə arasında birbaşa reyslərin sayının artırılması imkanları barədə fikir mübadiləsi aparıblar. 

“COVİD-19” ilə bağlı bir sıra məhdudiyyətlərin yumşaldılmasından sonra İsrail Azərbaycan aviaşirkətinin müntəzəm uçuşları bərpa etdiyi ilk istiqamətlərdən biri olub. Hazırda AZAL aviaşirkəti Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə həftədə iki dəfə uçuşlar yerinə yetirir», - deyə Cahangir Əsgərov bildirib. 

Görüşün yekunları üzrə AZAL-ın yay uçuş cədvəli çərçivəsində Təl-Əvivə reyslərin sayını həftədə 5 dəfəyə qədər artıracağı barədə qərar qəbul edilib. 

Cahangir Əsgərovun sözlərinə görə, İsrailin “İsrair Airlines” və “Arkia” aviaşirkətlərinə də Bakıya müntəzəm reyslərin yerinə yetirilməsi üçün icazə verilib. 

İsrailin turizm naziri Yoel Razvozov bildirib ki, reyslərin sayının artması Azərbaycan ilə İsrail arasında münasibətlərin daha da möhkəmlənməsinə, həmçinin turizm əlaqələrinin genişlənməsinə xidmət edəcək. O qeyd edib ki, ölkələr arasında aviadaşımaların əvvəlki həcminin bərpasında hər iki tərəf maraqlıdır. 
Görüşün sonunda mülki aviasiya sahəsində uğurlu tərəfdaşlığın möhkəmləndirilməsi məqsədilə gələcək əməkdaşlıq haqqında razılıq əldə edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin