AzTV-nin iki əməkdaşı eyni anda niyə işdən ÇIXDI? - “Bəzən nədənsə imtina etmək lazımdır” - AÇIQLAMA

Hazırda oxunan: AzTV-nin iki əməkdaşı eyni anda niyə işdən ÇIXDI? - “Bəzən nədənsə imtina etmək lazımdır” - AÇIQLAMA

68177

Xəbər verildiyi kimi AzTV-də baş rejissor və bədii rəhbər işdən çıxıb.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin bədii rəhbəri Ranar Musayev və baş rejissoru Ziya Ağa vəzifələrindən ayrılması ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Söyləntilərə görə hər iki yaradıcı şəxsin AzTV rəhbərliyi ilə münasibətlərində problemi olduğu üçün komandanı tərk ediblər.

Məsələ ilə bağlı “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva Bizim.Media-ya bildirib ki, Ranar Musayev müqavilə müddətinin bitməsinə görə, Ziya Ağa isə öz ərizəsi ilə işdən ayrılıb. 

Ziya Ağa saytımıza açıqlamasında işdən çıxma səbəbini belə açıqlayıb:

“Fevralın sonlarında AzTV-dən ayrılmışam. 3 il idi fəaliyyət göstərirdim. Birinci aparıcı, Müəllif Redaksiyası Departamentində baş redaktor, sonuncu mövsümdə isə baş rejissor kimi çalışmışam. Rövşən müəllim orada mənə dost olub. Yeri gələndə, televiziya sahəsində nələrisə ondan öyrənmişəm. Sadəcə bəzən nədənsə imtina etmək lazımdır. Bir məqam yetişir və o yetişdiyi anda həmin yerdən uzaqlaşmaq lazımdır.

Heç bir problemimiz yoxdur və indi də münasibətlərimiz yerli-yerindədir. Bilirəm ki, Rövşən müəllim də mənim xətrimi çox istəyir. Hesab edirəm ki, bir yerdən çıxmaq üçün mütləq deyil ki, orada problem olsun”.
Ziya Ağa hələki işlə bağlı yeni təklif almadığını və səhhəti ilə məşğul olduğunu deyib:

“Teatrda tamaşa oynanılan zaman dizim zədələnmişdi. Həmin narahatlıqla bağlı məşğulam. İş barədə düşünmürəm”- deyə müsahibimiz qeyd edib.

Ranar Musayev isə sözügedən məsələ ilə bağlı açıqlama vermək istəməyib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin