Bakı-Quba yolundakı problemlər turistlərin bölgəyə gəlişinə maneələr törədir.
Bizim.Media xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında danışıb.
MÖVZU İLƏ BAĞLI:
Milli Məclisin plenar iclası başladı – 17 məsələ müzakirə ediləcək
Deputat turizm sahəsindəki problemlərə də diqqət çəkib:
“Mən turizm sahəsinin də inhisarda olduğunu bilmirdim. Deyirlər ki, qayıt get, İstanbulda test ver. Niyə? Hava limanından 10 m aralıda test vermək mümkündür axı. Gərək biz də problemlərin həlli üçün Prezidentə müraciət edək. Əgər turizm sahəsindəki inhisar problemi aradan qalxarsa, insanlar da evlərinə çörək apara bilərlər”.
Murad Əhmədov, Bizim.Media