Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bizim.Media xəbər verir ki, görüşdə spiker bildirib ki, ötən il Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul edilməsinin 20 ili tamam olub.
Ölkəmiz üzvlüyü dövründə Avropa Şurası və onun institutları ilə konstruktiv dialoq əsasında aktiv əməkdaşlıq edib.
Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri bu təşkilatın tədbirlərində, onun komitələrinin işində yaxından iştirak edib. Deputatlarımız AŞPA-nın qurumlarında müxtəlif aparıcı vəzifələrə seçiliblər.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycanla Avropa Şurası arasında 2022-2025-ci illəri əhatə edən Fəaliyyət Proqramı qəbul olunduqdan sonra əməkdaşlığın daha da dərinləşməsinə kömək edəcəkdir. Həmin proqramda bir sıra sahələrdə əməkdaşlıq nəzərdə tutulur.
Görüşdə 44 günlük Vətən müharibəsi barədə məlumat verən spiker bildirib ki, Azərbaycan sülh və sabitliyin tərəfdarıdır. Ölkəmiz sülhdən danışmaq istəyir.
"Ölkəmiz ərazilərinin tezliklə minalardan təmizlənməsi və 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarının öz yurdlarına qayıtması üçün sürətli bərpa və quruculuq işləri aparır. Ümid edirik ki, Ermənistan üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirəcək. sülh sazişinin imzalanması region ölkələrinin inkişafına yeni təkan verəcəkdir", - deyə spiker əlavə edib.
Milli Məclisdə olmaqdan və qonaqpərvər münasibətdən məmnunluğunu bildirən Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç onun təmsil etdiyi təşkilatla Azərbaycanın uğurlu əməkdaşlıq etdiyini qeyd edib.
Bildirib ki, Avropa Şurası və Azərbaycan arasında qəbul olunması nəzərdə tutulan yeni Fəaliyyət Planı gələcək əməkdaşlığa öz töhfəsini verəcəkdir.
Səfər çərçivəsində keçirdiyi görüşlər barədə təəssüratlarını bölüşən qonaq müzakirə olunan məsələlərin əhəmiyyətini qeyd edib.
Söhbət zamanı Avropa Şurası və Azərbaycan arasında əməkdaşlığın müxtəlif sahələri və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:35 / 04.04.2022
Milli Məclisin sədri Avropa Şurasının Baş katibi ilə görüşdü - FOTO
Hazırda oxunan: Milli Məclisin sədri Avropa Şurasının Baş katibi ilə görüşdü - FOTO
Hazırda oxunan: Milli Məclisin sədri Avropa Şurasının Baş katibi ilə görüşdü - FOTO
67984
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.