Bakıda mənzillər sürətlə bahalaşacaq – Qaçılmaz edən SƏBƏBLƏR

Hazırda oxunan: Bakıda mənzillər sürətlə bahalaşacaq – Qaçılmaz edən SƏBƏBLƏR

67972

“Çoxmərtəbəli binaların qiyməti 7-10 faiz bahalaşacaq”.

Bunu Bizim.Media-ya açıqlamasında daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov tikinti materialları üzrə qiymətlərin qalxması fonunda yeni tikilən hündürmərtəbəli evlərin qiymətinin nə qədər bahalaşa biləcəyilə bağlı sualı cavablandırarkən deyib:

Bu olay bir tərəfədən də son nəticədə tikintinin həcminin azalmasına gətirib çıxara bilər. Qiymətlər bahalaşırsa, alıcılıq qabiliyyəti də aşağı düşür.

Nəticədə tikinti şirkətləri mənzil satmaqda çətinlik çəkir, belədə də onlar növbəti layihənin icrasına başlamağa tələsmirlər. Belə vəziyyətlə 2006, 2007, 2008-ci illərdə üzləşmişik. İndi də anoloji vəziyyətin təkrarlanması qaçılmazdır. 

İnşaat işləri üzrə maya dəyərində tikinti materiallarının həcminin 45 faiz təşkil etdiyini nəzərə alsaq, bu sahədə baş verən qiymət artımı yeni tikilən hündürmərtəbəli evlərin qiymətinin hardasa 7-10 faizə qədər bahalaşmasına səbəb ola bilər”.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi inşaat üçün xam malın idxalına təsir etdiyindən tikinti materiallarının həm xaricdən gətirilən, həm də ölkədə istehsal edilən hissəsində nəzərə çarpacaq qiymət artımı qeydə alınıb. 

Bundan başqa Rusiyadan və Ukraynadan ölkəmizə qayıdan soydaşlarımızın da ev axtarışları Azərbaycan mənzil bazarına əhəmiyyətli təsir edib. Qarşıdakı aylarda bunun daha güclü şəkildə hiss olunacağı proqnoz edilir.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin