Azərbaycanda yerli icra hakimiyyəti orqanları tərəfindən göstərilən elektron xidmətlərin sayının artırılması və səmərəliliyinin yüksəldilməsi məqsədilə həmin xidmətlərin Elektron Hökumət Portalına inteqrasiya olunmuş vahid rəqəmsal icra hakimiyyəti portalı üzərindən göstərilməsi planlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.
Sənədə əsasən, sözügedən vəzifənin icrası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (“ASAN Xidmət”) həvalə olunub.
Yerli icra hakimiyyəti orqanlarının xidmətlərinin təhlil edilməsi və mövcud infrastrukturun qiymətləndirilməsi, rəqəmsal icra hakimiyyəti portalının ilkin versiyasının hazırlanması və yoxlanılması, rəqəmsal icra hakimiyyəti portalının tam həcmdə fəaliyyət göstərməsi nəzərdə tutulub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:44 / 04.04.2022
Azərbaycanda rəqəmsal icra hakimiyyəti portalı yaradılacaq
Hazırda oxunan: Azərbaycanda rəqəmsal icra hakimiyyəti portalı yaradılacaq
Hazırda oxunan: Azərbaycanda rəqəmsal icra hakimiyyəti portalı yaradılacaq
67971
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.