Son sutkada 1101 nəfər yoluxdu, 37 nəfər öldü

Hazırda oxunan: Son sutkada 1101 nəfər yoluxdu, 37 nəfər öldü

6793

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1101 yeni yoluxma faktı qeydə alınıb, 4209 nəfər müalicə olunaraq sağalıb.

Bizim.Media-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 216 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 176 228 nəfər müalicə olunaraq sağalıb, 2 575-i vəfat edib, aktiv xəstə sayı 37 781-dir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 279, ötən müddət ərzində isə ümumilikdə 2 174 343 test aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin