“Brüssel görüşünə qədər bəzi razılaşmalar əldə olunub” – Hikmət Babaoğludan MÜSBƏT PROQNOZ

Hazırda oxunan: “Brüssel görüşünə qədər bəzi razılaşmalar əldə olunub” – Hikmət Babaoğludan MÜSBƏT PROQNOZ

67919

“Azərbaycan əldə yeni tarixi reallıq kontekstində öz məqsədlərinə doğru addım-addım irəliləməkdədir. Azərbaycanın əsas məqsədi regionda qalıcı və uzunmüddətli sülhü təmin etməkdir. Bununla bağlı, əlbəttə ki, Azəraycan və Ermənistan liderlərinin Brüsseldə görüşməsi mühüm əhəmiyyət kəsb edir. Çünki yalnız bu cür zirvə görüşlərində nəticə əldə etmək mümkün olur”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu bildirib.

Belə ki, aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında baş tutacaq görüşü şərh edən deputat görüşdən əvvəl Azərbaycan XİN-in Antalaya Forumunda mümkün sülhlə bağlı 5 baza prinsipini Ermənistan tərəfinin və beynəlxalq ictimaiyyətinin diqqətinə təqdim etdiyini qeyd edib:
 

MÖVZU İLƏ BAĞLI:

“Moskva Bəyannaməsi” milli təhlükəsizliyimiz üçün də qarantdır” - Hikmət Babaoğlunun ŞƏRHİ


“Bu prinsiplər BMT Nizamnəməsi və Helsinki Yekun aktından irəli gələn və ölkələrin beynəlxalq suveren hüquqlarına söykənən prinsiplərdir. Azərbaycanın mövqeyi dəyişməyəcək. Lakin Ermənistan Baş nazirinin hansı addımları atacağı ilə bağlı qarşı tərəfdə tərüddüdlər var. Çünki onlar bir tərəfdən reallığı qəbul etməkdən başqa çarələrinin olmadığını dərk edirlər, digər tərəfdən isə müxtəlif manipulyasiyalarla gündəmi dəyişməyə cəhd göstərirlər. Ona görə də, 5 prinsipə cavab olaraq, erməni diplomatiyası fərqli gündəm yaratmağa çalışdı. Ancaq bu baş tutmadı”.

Millət vəkilinin sözlərinə görə, görüş ərəfəsində Ermənistan tərəfindən bəzi müsbət hesab edilə biləcək fikirlər səsləndirilib:

“Hesab edirəm ki, Brüssel Avropa İttifaqının paytaxtı olmaqla bərabər, beynəlxalq hüquq, dövlətlərin ərazi bütövlüyü ilə bağlı prinspilərin riayət edilməli olduğu məkandır. Azərbaycanın mövqeyi beynəlxalq hüquqa uyğun olduğuna görə, Avropa İttifaqı da bölgədə sülh istəyirsə, Ermənistana təzyiq etməlidir. Çünki Ermənistan hələ də Azərbaycana qarşı ərazi iddialarından və Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərindən əl çəkmir”.

Hikmət Babaoğlu görüşlə bağlı gözləntilərini də açıqlayıb:

“Bu görüşdə irəliyə doğru müəyyən addımlar atıla bilər. Şübhəsiz ki, bütün qarşıya qoyulan məqsədlərə; sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, ərazi iddialarının aradan götürülməsi və beynəlxalq hüquqla tanınanması kimi məsələlər bir-birilə bağlıdır. Bütün bunların hamısını eyni vaxtda həll etmək bu gün real görünmür. Lakin düşünürəm ki, liderlərin görüşündən sonra bu istiqamətdə qəti addımların atılmasının mümkün olacaq”.

Millət vəkili tərəflər arasında ikitərəfli görüşlərin keçirilməsinin vacibliyini qeyd edərək, Brüssel görüşündən əvvəl müəyyən razılaşmaların əldə olunduğunun da anonsunu verib:

“Əlbəttə, ikitərəfli görüşlər olmalıdır. Əgər neytral tərəf varsa, konkret olaraq, Brüssel tərəfindən görüşlərin təşkil olunması da qəbulolunandır.

Vətən müharibəsinin başa çatmasından il yarım vaxt keçməsinə baxmayaraq, Ermənistanın ərazi iddiaları səbəbindən tərəflər arasında diplomatik münasibətləri bərpa etmək mümkün olmayıb. Ona görə də, ikitərəfli görüşlərin təşkili üçün platforma oynayıb. Lakin bu mərhələ dediyimiz kontekstdə qəbulolunandır.
Liderlər müzakirələrə müəyyən nəticələr əldə etmək üçün gedirlər. Çünki liderlərin görüşünə qədər müvafiq diplomatik  prosedurlarla müəyyən razılaşmalar əldə olunur. Ona görə də, ümid etmək olar ki, görüşə qədər bəzi məsələlər öz həllini tapıb. Ona görə də, Brüssel görüşünə ümidlə baxırıq”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin