Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Moskva Buçada dinc əhalinin öldürülməsi ilə bağlı hər hansı ittihamı qəti şəkildə rədd edir.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı TASS agentliyi yayıb.
"Bu məlumatın özü şübhə doğurur", - Kremlin sözçüsü bildirib.
O vurğulayıb ki, bu materiallara “etibar etmək olmaz”.
“Müdafiə Nazirliyinin ekspertləri videolarda fırıldaqçılıq əlamətlərini və müxtəlif saxtakarlıqları aşkar ediblər. Faktlar, hadisələrin təqvim ardıcıllığı da bu bəyanatların etibarlılığının xeyrinə deyil”, - Peskov əlavə edib.
Kreml beynəlxalq liderlərdən Buçadakı vəziyyətlə bağlı geniş ittihamlar səsləndirməməyi və müxtəlif mənbələrdən informasiya almağı məsləhət görür.
O bildirib ki, Rusiya bu mövzunu BMT Təhlükəsizlik Şurasında müzakirə etməyi təklif edib, lakin təşəbbüsün qarşısı alınıb.
Kreml bu vəziyyətin Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlara necə təsir göstərə biləcəyini şərh etmir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:30 / 04.04.2022
Peskov: “Rusiya Buçada mülki əhalinin öldürülməsi ilə bağlı ittihamı rədd edir”
Hazırda oxunan: Peskov: “Rusiya Buçada mülki əhalinin öldürülməsi ilə bağlı ittihamı rədd edir”
Hazırda oxunan: Peskov: “Rusiya Buçada mülki əhalinin öldürülməsi ilə bağlı ittihamı rədd edir”
67917
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.