Aprelin 4-də müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsinə start verilib.
Bu barədə Bizim.Media-ya Təhsil Nazirliyindən məlumat verilib.
Bakı şəhəri 39 nömrəli tam orta məktəbdə keçiriləcək müsahibələrə 2033 nəfər dəvət olunub.
Bu gün keçirilən müsahibələrdə cari tədris ilində Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, informatika, kimya, riyaziyyat, rus dili və ədəbiyyatı, Azərbaycan dili fənləri üzrə müddətli müqavilə əsasında ümumi təhsil müəssisələrinə işə qəbul olunmuş şəxslər iştirak edəcəklər.
7 aprel tarixinədək davam edəcək müsahibələr zamanı müvafiq komissiya tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq yoxlanılacaq.
Nazirlik iştirakçılara uğurlar diləyib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:27 / 04.04.2022
Təhsil Nazirliyindən müəllimlərlə bağlı yeni müsahibə
Hazırda oxunan: Təhsil Nazirliyindən müəllimlərlə bağlı yeni müsahibə
Hazırda oxunan: Təhsil Nazirliyindən müəllimlərlə bağlı yeni müsahibə
67888
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.