Mingəçevirdə bu gün 14 nəfər dəm qazından zəhərlənib - Qeydə alınan ilk hadisə

Hazırda oxunan: Mingəçevirdə bu gün 14 nəfər dəm qazından zəhərlənib - Qeydə alınan ilk hadisə

67798

Mingəçevirdə gün ərzində müxtəlif ünvanlardan xəstəxanaya daşınan 14 xəstə məhz dəm qazından zəhərlənib.

Bu fikirləri Bizim.Media-ya təcili yardım şöbəsinin baş həkimi Allahverdi Alıyev deyib.

Onun sözlərinə görə, son illər ərzində bu, şəhərdə qeydə alınan ilk hadisədir.

“Onlardan 5-i azyaşlı uşaqdır, 1-i isə dializ xəstəsidir. Təcili tibbi  yardım xidməti bu gün gücləndirilmiş rejimdə çalışıb. Əməkdaşlarımızın köməyi və doğmalarının  səyi ilə xəstəxanaya çatdırılan  insanları ölümün cəngindən qurtarmaq mümkün olub. Onların əksəriyyəti artıq evinə dönüb. Xəstəxanada yalnız 4-5 nəfər zəhərlənən pasiyent qalıb. Onların da durumu qənaətbəxşdir”, deyə o, qeyd edib.

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin