Son günlər havanın yağmurlu keçməsi, dağ massivinə qar yağmağı Qarqar çayına sel sularının gəlməyinə səbəb olub.
Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, çay yatağında sel sularının artma ehtimalı Ağdam və Ağcabədinin bəzi kəndlərinin əkin sahələrində sel təhlükəsi riskini artıra, təkcə Ağdam rayonunun Əfətli və Evoğlu kəndlərinin 1400 hektara qədər əkin sahəsini dağıda bilər.
Kənd sakinlərinin sözlərinə görə, suyun qarşısını almaq üçün artıq bəndlər uçurulub. Beləliklə də Qarqar çayında məcrasından çıxan su yenidən Qarqar çayına yönləndirilir.
Kənd sakinləri onu da qeyd edib ki, sel sularının işğaldan azad olan ərazilərdən partlamamış hərbi sursatları da gətirmə ehtimalı var.
Minaların gəlmə ehtimalı isə yerli sakinlərlə yanaşı çay yataqlarında fəaliyyət göstərən daş karxanalarında çalışan fəhlə və sürücülər üçün həyati təhlükə yarada bilər.
Elgün Gəncimsoy, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:35 / 03.04.2022
Ağdamın bu kəndlərində əkin sahəsini sel suyu dağıda bilər - FOTO
Hazırda oxunan: Ağdamın bu kəndlərində əkin sahəsini sel suyu dağıda bilər - FOTO
Hazırda oxunan: Ağdamın bu kəndlərində əkin sahəsini sel suyu dağıda bilər - FOTO
67782
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.