“Mən özüm iki dəfə Şuşada olmuşam, oranı gəzmişəm və oradakı gözəlliyə bələdəm. Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir. Eyni zamanda, Şuşa insanlar üçün mədəniyyət qaynağıdır. Biz bu şəhərdə daha çox tədbirlər təşkil edəcəyik, çünki hər bir türkün ürəyində Şuşa sevgisi var”.
Bizim.Media xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRSKOY) Baş katibi Sultan Rayevl səsləndirib.
Şuşa təəssüratlarını, işğal dövründə orada yaranmış acınacaqlı vəziyyət barədə fikirlərini bölüşən Baş katib deyib:
“Mən axırıncı dəfə Şuşada olanda orada çox görkəmli şəxsiyyətlərin heykəllərini gördüm. Heykəllərin bu cür vəziyyətə salınmasını gördükdə çox pis oldum. Ona görə də əvvəlcə biz şəhərin özünü bərpa etməliyik. Əgər biz bu şəhəri yenidən qursaq, eyni zamanda öz türklüyümüzü, türk dəyərlərini bərpa etmiş olacağıq. Biz Şuşanın bərpasına hərtərəfli kömək göstərəcəyik və onun inkişafını dəstəkləyəcəyik”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:40 / 03.04.2022
TÜRKSOY-un Baş katibindən Şuşa ilə bağlı AÇIQLAMA: “Türk dəyərlərini...”
Hazırda oxunan: TÜRKSOY-un Baş katibindən Şuşa ilə bağlı AÇIQLAMA: “Türk dəyərlərini...”
Hazırda oxunan: TÜRKSOY-un Baş katibindən Şuşa ilə bağlı AÇIQLAMA: “Türk dəyərlərini...”
67748
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.