Sloveniyada kişi şahmatçılar arasında şəxsi Avropa çempionatı davam edir.
Bizim.Media xəbər verir ki, şahmatçılarımızdan Abdulla Qədimbəyli yeddi turda 5,5 xal toplayaraq üçüncü pillədə qərarlaşıb.
Onunla eyni xalı yığan Qədir Hüseynov dördüncü yerdədir. Digər şahmatçılarımız Misrətdin İsgəndərov, Eltac Səfərli, Vasif Durarbəyli, Nicat Abasov, Vüqar Əsədli beş xalla 9-42-ci yerləri bölüşürlər. Bu gün qitə çempionatında səkkizinci turun oyunları keçiriləcək.
İsveçrə sistemi üzrə təşkil olunan yarış 11 turdan ibarətdir. Turnirin ümumi mükafat fondu 100 min avro təşkil edir. Qitə birinciliyinin nəticələrinə əsasən, iyirmi şahmatçı 2023-cü ildə keçiriləcək dünya kuboku yarışlarına vəsiqə qazanacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
12:13 / 03.04.2022
Şahmatçımız Abdulla Qədimbəyli Avropa çempionatında 3-cü pillədə qərarlaşdı
Hazırda oxunan: Şahmatçımız Abdulla Qədimbəyli Avropa çempionatında 3-cü pillədə qərarlaşdı
Hazırda oxunan: Şahmatçımız Abdulla Qədimbəyli Avropa çempionatında 3-cü pillədə qərarlaşdı
67744
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.