Litvalı rejissor Mariupolda öldürüldü

Hazırda oxunan: Litvalı rejissor Mariupolda öldürüldü

67739

Litvalı kinorejissor Mantas Kvedaraviçyus şənbə günü Ukraynanın Mariupol şəhərində uzun müddət mühasirədə olan şəhəri çəkdiyi yerdə öldürülüb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı BBC Rus Xidməti mərhumun həmkarlarına və mediaya istinadən yayıb.

Artdocfest-in təşkilatçısı Vitali Manski Facebook-da yazıb:

“Dostumuz, Artdocfest-in iştirakçısı, sənədli filmlər çəkən litvalı kinorejissor Mantas Kvedaraviçyus bu gün Mariupolda əlində kamera ilə, bütün dünyaya qarşı bu pis şər müharibəsində öldürüldü”.

Litvanın LRT nəşrinin məlumatına görə, Kvedaraviçyusun 46 yaşı var idi. Vilnüs Universitetində və Kembric Universitetində sosial antropologiya üzrə təhsil alıb.

Onun əsas sənədli filmi "Mariupol" 2016-cı ildə işıq üzü görüb. Filmdə o, Donbassda münaqişə başlayandan bəri sülh və müharibə astanasında yaşayan Mariupol şəhəri haqqında adi sakinlərin hekayələri vasitəsilə danışıb.

Litvalı kinorejissor Hydre Zickite öz hesabında yazıb: "Litva kino ictimaiyyəti və bütün dünya üçün dəhşətli itki. Ürəyimiz qırıldı". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin