Xankəndi qazsız qaldı

Hazırda oxunan: Xankəndi qazsız qaldı

67660

Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ bölgəsində qaz verilişi dayanıb.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, “Qazprom Armenia” hazırda borunun bərpası üzərində işləyir. 

Bildirilib ki, qaz verilişinin dayandırılmasına səbəb yol tikintisi ilə bağlı aparılan işlər olub. 

Qeyd olunub ki, aprelin 2-də Gorus-Qafan avtomobil yolunda inşaatçılar 13,5-ci kilometrdə boruya ziyan vurublar.

Nəticədə qaz kəmərinin qollarından biri Qarabağa getdiyi üçün Gorus, Qafan, eləcə də sülhməramlıların müvəqqəti yerləşdirildiyi Qarabağ bölgəsinin sakinləri qazsız qalıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin