Kanada hökuməti Xocalı qətliamını dəhşətli faciə kimi tanıyır və həyatını itirənləri və davam edən iztirabları böyük hüznlə yad edir. Kanada Xocalı qətliamı kimi faciəli mülki insan itkisinin heç vaxt təkrarlanmaması uğrunda qətiyyətlə çıxış edib.
Bizim.Media xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Joli bu ölkədəki azərbaycanlı icmanın yerli hökumətə ünvanladığı petisiyaya cavabında bildirib:
MÖVZU İLƏ BAĞLI:
Kanada Rusiyaya qarşı növbəti sanksiyalarını elan etdi
“Kanada BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair bütün qətnamələrini və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tanıyır”.
“Kanada sərhədlərin demarkasiyası və delimitasiyasının ikitərəfli mexanizmlərinin yaradılması, həmçinin Ermənistan və Azərbaycan arasında regional əlaqə əlaqələrinin bərpası kimi mühüm etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üzrə liderlər səviyyəsində dialoqun davam etdirilməsini təşviq edir. Kanada regiona sülh və sabitliyin gətirilməsi istiqamətində təşəbbüsləri dəstəkləməyə davam edəcək və bu səylərə töhfə verməyə hazırdır” – deyə nazir əlavə edib.
Bizim.Media