Xocalının Fərrux kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşən 62 nəfərdən biri Baba Allahverdiyev olub.
Bizim.Media xəbər verir ki, Baba Müseyiboğlu Allahverdiyev 1971-ci ildə Sumqayıt şəhərində dünyaya göz açıb.
Orta məktəbi və hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq torpaqlarımızın müdafiəsi uğurunda başlayan döyüşlərə qatılıb.
Babanın itkin düşmə xəbəri ailəsi üçün daha ağırdır. Çünki, onun şəhid olub-olmadığı bugünə qədər dəqiqləşmədiyindən, 30 ildir ki, gözləri yolda qalıb.
Qeyd edək ki Müdafiə Nazirliyinin hərbi qulluqçuları Fərrux kəndi ərazisində qazma işləri apararkən kütləvi məzarlıq aşkar edilib.
Həmin məzarlıqdakı insan qalıqlarının 1992-ci ildə Fərrux kəndi uğurunda döyüşlərdə itkin düşən 62 hərbi qulluqçumuza məxsus olması ehtimal edilir.
XəzərXəbər-in biri Baba Allahverdiyevin ailəsindən hazırladığı materialı təqdim edirik:
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:44 / 01.04.2022
Fərrux dağında itkin düşən şəxsin ailəsi danışdı – VİDEO
Hazırda oxunan: Fərrux dağında itkin düşən şəxsin ailəsi danışdı – VİDEO
Hazırda oxunan: Fərrux dağında itkin düşən şəxsin ailəsi danışdı – VİDEO
67520
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.