Amerikalı analitik: “Rus sülhməramlıları ermənilərin əlini gücləndirməklə məşğuldurlar” - EKSKLÜZİV

Hazırda oxunan: Amerikalı analitik: “Rus sülhməramlıları ermənilərin əlini gücləndirməklə məşğuldurlar” - EKSKLÜZİV

67437

“Ümumilikdə Rusiyanın və xüsusilə sülhməramlı qüvvələrin üçtərəfli razılaşmanın neytral şəkildə icrası ilə əlaqəsi olmayan bir gündəliyi olduğu ortaya çıxdı. İl yarım ərzində problem həll edilmədi”. 

Bu fikirləri Bizim.Media-ya Qarabağdakı rus sülhməramlıların fəaliyyətini şərh edərkən milli təhlükəsizlik üzrə analitik, amerikalı siyasi şərhçi İrina Tsukerman deyib.

O, qeyd edib ki, sülhməramlıların adı və özləri Qarabağda mövcud olsa da fəaliyyətləri təxribat xarakteri daşıyır:

“Müqavilə bağlanandan bəri sülhməramlılar erməni separatçılarının sərhədlərdə təxribatlarına, o cümlədən açıq-aşkar terror aktlarına göz yumublar. Onlar həmçinin davam edən gərginlikdən faydalanan, “müstəqil” şəkildə möhkəmlənmiş varlıq yaratdılar. Onlar pozuntulara göz yummağa, “minionlara” dözməyə və ya açıq şəkildə onları təşviq etməyə başladılar. Yəni, rus sülhməramlıları ermənilərin əlini gücləndirməklə məşğuldurlar. Biz bu son hadisələrin nəticəsini Rusiyanın Azərbaycanı atəşkəsi pozmaqda ittiham etməsində gördük.

Baxmayaraq ki, Azərbaycan, xarici hücumlara və təhdidlərə, o cümlədən ermənilərin qaz kəmərlərinə hücumlarına cavab olaraq öz nəzarəti altında olan ərazilərdə mövcudluğunu gücləndirirdi”, - deyə Tsukerman bildirib.
Hazırda sülhməramlıların Qarabağda fəaliyyətinə ehtiyacın qalmadığını deyən siyasi şərhçi, onların ərazidən çıxmalarının daha doğru olduğunu deyir:

“Bu mənbələr yalançı ittihamlarla məşğul olaraq, sülhməramlı missiyanın şərtlərini pozaraq münaqişə tərəfinə çevrilirlər. Lakin uğursuz nəticələnir. Ruslar ermənilərin işğaldan azad edilmiş ərazilərdə və sərhədlərdə qeyri-qanuni silahlı mövcudluğu problemini həll etmək üçün sülhməramlı emissiyanın mərkəzi funksiyasını yerinə yetirə bilmirlər”, - deyə Tsukerman əlavə edib.

Tehran, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin