Bu gün futbol üzrə 2022-ci il dünya çempionatının püşkatma mərasimi keçiriləcək.
Bizim.Media-nın məlumatına görə, Qətərin paytaxtı Dohadakı tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Mərasimdə püşkü dünya futbolunun tanınmış simalarının da yer aldığı 8 veteran oyunçu çəkəcək. Onların arasında İran millisinin Azərbaycan əsilli sabiq hücumçusu Əli Daei də var.
Digər 7 nəfər isə Adel Ahmed Malallah (Qətər), Bora Milutinoviç (Serbiya), Kafu (Braziliya), Cey-Cey Okoça (Nigeriya), Lotar Matteus (Almaniya), Rabah Macer (Əlcəzair) və Tim Keyhil (Avstraliya) kimi keçmiş futbolçulardır.
I səbət: Qətər (A qrupu), Braziliya, Belçika, Fransa, Argentina, İngiltərə. İspaniya, Portuqaliya
II səbət: Niderland, Danimarka, Meksika, Almaniya, ABŞ, Uruqvay, İsveçrə, Xorvatiya
III səbət: Seneqal, İran, Yaponiya, Mərakeş, Serbiya, Polşa, Cənubi Koreya, Tunis
IV səbət: Kanada, Kamerun, Ekvador, Səudiyyə Ərəbistanı, Qana, üç pley-off qalibi.
Dünya çempionatının təqvimi matçların stadionları və başlama saatları bilinəndən sonra təsdiqlənəcək.
Noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək mundialın final mərhələsinin hazırda 29 iştirakçısı məlumdur. Pley-of mərhələsində daha 3 komandanın adına iyunda aydınlıq gələcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
08:55 / 01.04.2022
DÇ-2022-də final mərhələsinin püşkü atılır – 4 səbət, 32 yığma
Hazırda oxunan: DÇ-2022-də final mərhələsinin püşkü atılır – 4 səbət, 32 yığma
Hazırda oxunan: DÇ-2022-də final mərhələsinin püşkü atılır – 4 səbət, 32 yığma
67420
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.