Rusiya prezidenti Vladimir Putinin ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşündən əvvəl ölkələr arasında sazişin mətni üzərində iş yekunlaşmalıdır.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu şərti Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov açıqlayıb.
Bundan əvvəl də danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirmişdi ki, prezidentlərin görüşündən yalnız Moskva və Kiyev sazişi hazırlayıb təsdiqlədikdən sonra danışmaq mümkün olacaq.
Onun sözlərinə görə, əvvəlcə nümayəndə heyətləri müqavilənin mətnini hazırlamalı və razılaşdırmalıdırlar, bundan sonra onu xarici işlər nazirləri paraflamalı, sonra isə sənədi hökumət təsdiqləyəcək. (Lent.az)
Bizim.Media
- A-
- A
- A+
Dünya
05:21 / 01.04.2022
Putin və Zelenskinin görüşü ilə bağlı YENİ AÇIQLAMA
Hazırda oxunan: Putin və Zelenskinin görüşü ilə bağlı YENİ AÇIQLAMA
Hazırda oxunan: Putin və Zelenskinin görüşü ilə bağlı YENİ AÇIQLAMA
67416
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.