Pandemiyaya görə əhaliyə verilən maddi yardım artırıla bilər

Hazırda oxunan: Pandemiyaya görə əhaliyə verilən maddi yardım artırıla bilər

6741

“Əhaliyə pandemiya ilə əlaqədar birdəfəlik ödəmə 2020-ci ildə yaşayış minimumu həcmində verilirdi”.

Bizim.Media-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev söyləyib.

Nazirin sözlərinə görə, əgər sərt karantin rejimi 2021-ci ildə də tətbiq edilərsə, bu məsələyə, verilən ödəmənin yenə də yaşayış minimumu həcmində olmasına hökumətdə baxılacaq.

Qeyd edək ki, gələn il üçün yaşayış minimumu 196 manat məbləğində müəyyənləşib.
Pandemiya ilə əlaqədar 2020-ci ildə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin