Erməni quldurlarının Lənkərandakı vəhşilikləri - Danışıqlara gedən ağsaqqaları doğradılar və...

Hazırda oxunan: Erməni quldurlarının Lənkərandakı vəhşilikləri - Danışıqlara gedən ağsaqqaları doğradılar və...

67407

XIX  və XX  əsrlərin müxtəlif  illərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınların  miqyasına  görə ən dəhşətlisi 1918-ci ilin martında olub. Ölkəmizin bir çox bölgələrində baş vermiş qətliamlar Lənkərandan da yan keçməyib.

Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, 1918-ci ilin martında Lənkəran qəzasındakı ən böyük qırğınlar “Mayak” ətrafındakı “Qala” meydanda olub.

Lənkəran qəzasının 40 kəndində  yüzlərlə sakin vəhşiliklərin qurbanına çevrilib.

Sütəmurdov kənd sakinləri danışırlar ki, erməni-eser birləşmələrinin zülmünün artdığı bir vaxtda 13 nəfər  kənd ağsaqqalı onlarla danışığa gedirlər. Lakin geri qayıtmırlar. Bir neçə gün sonra məlum olur ki, həmin ağsaqqallar tikə-tikə doğranaraq iki yeşikdə dəniz sahilində quma basdırılıb.  

Hərbiçilər kəndi tərk edəndən sonra yerli sakinlər həmin insanların basdırıldığı yeşikləri tapıb, Sütəmurdov kənd qəbiristanlığının qarşısında dəfn ediblər.
Erməni-rus quldurlarının törətdikləri qətliamlar Gərmətük, Mamusta, Kərgəlan, Girdəni, Veravul və digər kəndlərdə də xüsusi qəddarlıqla müşaiyyət olunub. Evlər talan edilib, yandırılıb. Təkcə Gərmətük kəndində bir gündə 70 nəfərə işgəncələr verilib və ya öldürülüb. 

Dənizdən mütəmadi olaraq top atəşlərinə  tutulan, basqınlara məruz qalan kəndlərin sakinləri canlarını qurtarmaq üçün yaxınlıqdakı meşələrə üz tutub. Erməni quldurları meşələrdə qaçaqların olduğundan ehtiyatlandığından onları təqib etməyib.
Qətliamlara 1919-cu ilin yayında, Camal Paşanın komandanlığı ilə Lənkəran qəzasına daxil olan Qafqaz İslam Ordusunun 300 nəfərlik süvari dəstəsinin gəlişi ilə son qoyulub. 

Döyüşlərdə həlak olan Camal Paşa və daha bir  türk əsgəri kənd məscidinin həyətində dəfn edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin