Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən mayın 4-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.
Mərkəzdən Bizim.Media-ya verilən məlumata görə, Qaradağda yerləşən “Kotal” (7 ha), “Güzdək” (2,87 ha), “Karvansaray” (4,5 ha), “Sahil” (3,1 ha), Qəbələdə yerləşən “Dəmiraparançay” (2 ha) və “Xırxatala” (6 ha) faydalı qazıntı yataqları hərraca çıxarılacaq.
Hərraclarda iştirakla bağlı iddiaçılar sənədləri 27 aprel 2022-ci il saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.
Əsas şərtlər toplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd olunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər.
Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək.
Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (//bit.ly/36IPOZd) və “Özəlləşdirmə portalı”nda (//bit.ly/3JYaBGr) tanış olmaq olar.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:12 / 31.03.2022
Azərbaycanda 6 faydalı qazıntı yatağı satılır - HƏRRAC
Hazırda oxunan: Azərbaycanda 6 faydalı qazıntı yatağı satılır - HƏRRAC
Hazırda oxunan: Azərbaycanda 6 faydalı qazıntı yatağı satılır - HƏRRAC
67379
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.