Pakistan, Zimbabve və Keniyanın FIFA-ya üzvlüyü dayandırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun Qətərin paytaxtı Dohada keçirilən 72-ci Konqresində qərar verilib.
Daha əvvəl Rusiyanın da üzvlükdən kənarlaşdırması və ya dayandırılma məsələsinin səsverməyə çıxarılacağı ehtimal edilirdi. Lakin Konqresdə bu məsələ qaldırılmayıb.
Fevralın sonlarında FIFA və UEFA Rusiya klubları ilə yığmalarını Ukraynaya hərbi müdaxilə səbəbindən beynəlxalq yarışlardan müvəqqəti uzaqlaşdırıb.
Rusiya Futbol İttifaqı (RFS) qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya verib. Məsələyə aprel-mayda baxılacağı gözlənilir.
Bizim.Media
- A-
- A
- A+
İdman
13:52 / 31.03.2022
Bu ölkələrin FİFA-ya üzvlüyü dayandırıldı
Hazırda oxunan: Bu ölkələrin FİFA-ya üzvlüyü dayandırıldı
Hazırda oxunan: Bu ölkələrin FİFA-ya üzvlüyü dayandırıldı
67308
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.