Sabah Flora Kərimova və Afət Fərmanqızının növbəti MƏHKƏMƏSİDİR

Hazırda oxunan: Sabah Flora Kərimova və Afət Fərmanqızının növbəti MƏHKƏMƏSİDİR

67299

Sabah Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı növbəti məhkəmə prosesi keçiriləcık. 

Xalq artistinin sözlərinə görə, Afət Fərmanqızı onun müalicəsi barədə qeyri-etik ifadələr işlədərək şərəf və ləyaqətini alçaldıb.

Prosesə Binəqədi rayon Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə baxılacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

Flora Kərimovanın zəhərlənmə xəbəri YALAN ÇIXDI - “Düşmənləri yayır”


Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edir.

Xatırladaq ki, ötən məhkəmə iclası 3 gün əvvəl baş tutmuşdu. Amma Afət Fərmanqızı ölkə xaricində olduğu üçün prosesə qatılmamışdı. 

Onu da bildirək ki, Afət Fərmanqızı kimi tanınan müğənni Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə zərərçəkmiş qismində də tanınıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin