"Facebook"da yeni loqo ilə bağlı yazılan şərhləri mən də görmüşəm, bəziləri əsassızdır.
Bizim.Media Sfera.az-a istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov bildirib.
MÖVZU İLƏ BAĞLI:
Gənclər və İdman Nazirliyi loqosunu dəyişdirir
Nazir Gənclər və İdman Nazirliyinin yeni loqosu ilə bağlı fikir müxtəlifliyinin olmasını normal qarşıladığını deyib:
"Yeni loqonu bəyənə də bilərlər, bəyənməyə də. Bu, zövq məsələsidir. Bəzi şərhlər əsassızdır, bu sahədən anlayışı olan insan elə şərhlər yazmaz", - deyə nazir qeyd edib.
Bizim.Media