“Türkiyə Rusiya və Ukrayna xarici işlər nazirlərinin yeni görüşünün təşkili üzərində işləyir”.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu “Ahaber” telekanalına müsahibəsində bildirib.
MÖVZU İLƏ BAĞLI:
"Ermənistan Azərbaycanın sülh təklifinə müsbət cavab verməlidir" - Çavuşoğlu
"İstanbulda danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub, lakin indiki mərhələdə biz bunun həyata keçirildiyini görmürük. Görüş yaxın bir-iki həftə ərzində baş tuta bilər. Biz bunun üzərində işləyirik, mən ötən gün həm Sergey Lavrov, həm də Dmitri Kuleba ilə danışdım. Lavrov Çində səfərdədir, daha sonra isə Hindistana gedəcək. Kuleba da hər iki tərəf bu görüşə hazır olduğu zaman gəlmək istədiyini dedi”, - deyə Çavuşoğlu bildirib.
O, həmçinin Türkiyənin ordusunu Ukraynaya göndərmək fikrində olmadığını söyləyib:
"Ukraynanın Türkiyənin qarant olmasını tələb etməsi Türkiyəyə güvənin sübutudur. Türkiyənin öz əsgərlərini göndərəcəyi ilə bağlı şərhlər isə reallığa uyğun gəlmir".
Bizim.Media