Xəbər verdiyimiz kimi, Qazaxıstanın Almatı şəhərində MDB Parlament Assambleyasının (PA) 30 illiyinə həsr olunmuş Şura iclasında Milli Məclisin sədri Sahibə Qafarova ilə Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan arasında polemika yaranıb. Sahibə Qafarova Alen Simonyanın Xocalı rayonunun Fərrux kəndi və ətrafdakı yüksəkliklərlə bağlı fikirlərinə cavab olaraq bildirib ki, Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata sadiqdir və onun müddəalarını pozmayıb və 5 bəndi nəzərə alaraq İrəvana sülh müqaviləsi imzalamağı təklif edib.
Bizim.Media xəbər verir ki, Simonyan çıxışı zamanı Azərbaycanın Ermənistana 5 bənddən ibarət sülh təklifini “məqbul” hesab edib.
“Mən rəsmən bəyan edirəm ki, bu beş bənd Ermənistan üçün məqbuldur və inanırıq ki, bəzi aspektləri əlavə etsək, sizin (Sahibə Qafarovaya xitab edib) bu beş bəndinizlə bağlı müzakirələrə başlaya biləcəyik”, deyə o, qeyd edib.
5 bəndin məzmunu isə belədir:
▪️ suverenliyin, ərazi bütövlüyünün qarşılıqlı tanınması;
▪️ indi və gələcəkdə dövlətlərin bir-birinə ərazi iddialarının olmamasını qarşılıqlı şəkildə təsdiq etmək;
▪️ dövlətlərarası münasibətlərdə bir-birinin təhlükəsizliyini təhdid etməkdən, habelə BMT Nizamnaməsinin məqsədləri ilə bir araya sığmayan digər hallardan çəkinmək;
▪️ dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
▪️ nəqliyyat və kommunikasiyaların açılması, digər müvafiq kommunikasiyaların yaradılması və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:08 / 30.03.2022
Erməni spiker Azərbaycanın sülh təklifini “məqbul” hesab etdi – DANIŞIQLAR NƏ VAXT BAŞLAYACAQ? - VİDEO
Hazırda oxunan: Erməni spiker Azərbaycanın sülh təklifini “məqbul” hesab etdi – DANIŞIQLAR NƏ VAXT BAŞLAYACAQ? - VİDEO
Hazırda oxunan: Erməni spiker Azərbaycanın sülh təklifini “məqbul” hesab etdi – DANIŞIQLAR NƏ VAXT BAŞLAYACAQ? - VİDEO
67160
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.