Xəzər dənizi külək enerjisinin potensialına görə dünyada ikincidir

Hazırda oxunan: Xəzər dənizi külək enerjisinin potensialına görə dünyada ikincidir

67150

Xəzər dənizinin şimal hissəsində böyük külək enerjisi potensialı mövcuddur. Biz və beynəlxalq qurumlar bunun təxminən 157 GVt həcmində olduğunu qiymətləndiririk.

Bizim.Media xəbər verir ki, bunu APA-ya Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov deyib.

O qeyd edib ki, bu, Azərbaycanda mövcud olan bütün elektrik enerjisi potensialından 20 dəfə çoxdur və Xəzər dənizi dünyada keyfiyyətinə görə yalnız Şimal dənizindən geri qalaraq ikinci pillədə qərarlaşır.

"Lakin Azərbaycanın okeana çıxışı mövcud deyil və külək turbinlərinin 90 metrlik nəhəng pərlərini daşınması üçün dəniz yoluna ehtiyac var. Hazırda bu infrastrukturun qurulması avadanlığın Volqa-Don vasitəsilə gətirilməsi və ya yerli istehsal ilə mümkündür", - nazir müavini bildirib.

E. Soltanovun sözlərinə görə, ən ciddi məsələ odur ki, dənizdən əldə olunan külək enerjisi qurudakından daha baha başa gəlir və investorlar da bu xərclərin bir şəkildə ödənilməsini tələb edirlər:

"Bu isə tariflərin yüksəlməsinə gətirib çıxarır, lakin bu, heç vaxt çıxış yolu ola bilməz. Dövlət subsidiyası variantı da cəlbedici görünmür və biz digər həllər üzərində işləyirik. Bu səbəbdən, fikrimcə, Azərbaycanda indidən pilot layihələr həyata keçirməlidir ki, gələcəkdə vaxtı çatanda ölkə texniki tərəfdən buna hazır olsun".

Nazir müavininin fikrincə, çox güman ki, quruda olan külək stansiyası daha erkən tikiləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin