Müdafiə Nazirliyindən əsgərin sosial şəbəkələrdə yaydığı ittihama REAKSİYA 

Hazırda oxunan: Müdafiə Nazirliyindən əsgərin sosial şəbəkələrdə yaydığı ittihama REAKSİYA 

67115

Müdafiə Nazirliyi müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçunun sosial şəbəkələr vasitəsilə müraciətinə münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, açıqlamada deyilir: 

“İlk olaraq qeyd edək ki, hərbi xidmətdə olan hər bir hərbi qulluqçunun ailə vəziyyəti, sosial statusu, cəmiyyətdə tutduğu mövqeyi və digər amillərdən asılı olmayaraq onlar nizamnamələrin tələblərinə uyğun olaraq xidmət keçir və komandanlıq tərəfindən eyni diqqət və qayğı ilə əhatə olunurlar. 

Bildiririk ki, hərbi qulluqçunun məlum müraciətində səsləndirilən fikirlər yalandır, əsassızdır. Bu kimi qeyri-adekvat çıxışlar Ordumuzun nüfuzuna xələl gətirmək istəyən qüvvələrin məqsədlərinə xidmət edir. 
Sosial şəbəkələr vasitəsilə Ordumuzun xidməti fəaliyyətinə müdaxilə edilməsi cəhdini qəti surətdə pisləyir və belə addımları yolverilməz hesab edirik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin