Azərbaycanlı yazıçının kitabı ən yaxşı uşaq nəşrləri arasında İLK BEŞLİKDƏ 

Hazırda oxunan: Azərbaycanlı yazıçının kitabı ən yaxşı uşaq nəşrləri arasında İLK BEŞLİKDƏ 

67113

Uşaq yazıçısı Solmaz Amanovanın “Cəsur ayı və dostları” kitabı Beynəlxalq Uşaq Kitabı Şurasının (IBBY) fəxri siyahısında dördüncü olub.  

Bizim.Media xəbər verir ki, IBBY tərəfindən təsis edilən Hans Xristian Andersen mükafatı uğrunda 163 müəllif, illüstrator və tərcüməçilər mübarizə aparıb.  

Hans Xristian Andersen mükafatı, dünyanın ən nüfuzlu ədəbi mükafatlarından sayılır, hətta “Kiçik Nobel mükafatı” da adlanır. Bu mükafat yalnız həyatda olan laureatlara verilir.   

Beynəlxalq Uşaq Kitabı Şurası (IBBY) İsveçrədə, Sürix şəhərində 1953-cü ildə yaradılıb. Hazırda IBBY-nin dünya üzrə 80 Milli Bölməsi fəaliyyət göstərir.  
Qeyd edək ki, F.Köçərli adına IBBY-nin rəsmi üzvüdür və həmin təşkilatla əməkdaşlıq edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin