Ukraynada Rusiyapərəst partiyanın deputatı xain çıxdı: İzyumu ruslara verib

Hazırda oxunan: Ukraynada Rusiyapərəst partiyanın deputatı xain çıxdı: İzyumu ruslara verib

67083

Ukraynada hazırda fəaliyyəti qadağan edilmiş Rusiyayönlü “Müxalifət Platforması – Həyat naminə” partiyasından olan İzyum Şəhər Şurasının deputatı Anatoli Fomiçevski Rusiya hərbçilərini mühasirəyə alınmış şəhərə buraxaraq onlara yol göstərib. 

Bizim.Media “Ukrainska Pravda”ya istinadən xəbər verir ki, bunu İzyum Şəhər Şurasının Gənclər, İdman və İmic Layihələri Departamentinin rəhbəri Maksim Strelnik öz Facebook səhifəsində yazıb.

Strelnik qeyd edib ki, rus hərbçiləri İzyuma martın 26-da daxil olub:

“Məlum olub ki, onların şəhərə daxil olmasına dövlət xaini Anatoli Fomiçevski rəhbərlik edib və İzyuma təhlükəsiz yolu göstərib. Məhz onun sayəsində ruslar şəhərə sakitcə girə biliblər, lakin Ukrayna Silahlı Qüvvələri təslim olmayıb, İzyum uğrunda şiddətli döyüşləri davam etdiriblər...”.

Şəhər şurasının nümayəndəsi vurğulayıb:

“Əgər ruslara şəhərə yol göstərilməsəydi, “onlar heç vaxt ora çata bilməzdilər. İndi onların ucbatından İzyum tamamilə blokadaya düşüb, humanitar yardımların çatdırılması üçün yol yoxdur”.

İzyum şəhərinin meri Valeri Marçenkonun sözlərinə görə, Rusiyaya sığınanlar arasında İzyum Şəhər Şurasının iki deputatı Anatoli Fomiçevski və Yuri Kozlov,  keçmiş mer Aleksandr Bojkov da var:

“Onlar bomba sığınacaqlarını və zirzəmiləri gəzərək insanlara deyiblər ki, “Kiyev, Xarkov, İzyum təslim olub və biz düşmənlə əməkdaşlıq etməliyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin