Bu ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektorunun özəl bölməsi üzrə daxilolmalar 44,9% artaraq 1 mlrd. 76,7 mln. manat təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
Nazir əlavə edib ki, neft sektorundakı subpodratçıların vergiləri istisna olmaqla, özəl sektordan vergi daxilolmaları 51,9% artaraq 939,8 mln. manata çatıb.
Bizim.Media
2022-ci ilin yanvar-fevral aylarında #qeyrineftsektoru-nun özəl bölməsi üzrə daxilolmalar 44,9% artaraq 1 mlrd. 76,7 mln. manat təşkil edib. #Neft sektorundakı subpodratçıların vergiləri istisna olmaqla, özəl sektordan #vergi daxilolmaları 51,9% artaraq 939,8 mln. manata çatıb. pic.twitter.com/4fv9SAIKHe
— Mikayil Jabbarov (@MikayilJabbarov) March 30, 2022